Nazir: "Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq"

13:59 - 28 Oktyabr 2021

“Federasiyalarda keçirilən görüşlərim araşdırma xarakteri daşıyır".

 

Sportal.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Gənclər və idman naziri Fərid Qayıbov bildirib.

 

Onun sözlərinə görə, çətinliklər olsa da, problemləri araşdırmaq lazımdır: “Bundan sonra planlama aparılmalıdır. Prezident tərəfindən tapşırıqlar verilib, üzərində işləyirik"

 

Qayıbov qeyd edib ki, federasiyaların işi araşdırılır və nəticələr barədə məlumat veriləcək.

 

Nazir qeyd edib ki, olimpiya komplekslərinin fəaliyyəti ilə bağlı tədbirlər görüləcək: “Olimpiya komplekslərinin necə idarə olunması barədə müzakirələr aparırıq”.

 

Nazir əlavə edib ki, kadr islahatlarının da aparılması nəzərdə tutulub.

Xəbər xətti