Boksçumuz dünya çempionatının 1/8 finalına yüksəldi

Azərbaycan millisinin daha bir boksçusu Serbiyanın paytaxtı Belqradda dünya çempionatında mübarizəyə qoşulub. 

 

Sportal.az xəbər verir ki, mundialın dördüncü günündə Məhəmməd Abdullayev qüvvəsini sınayıb.

 

+92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Yonas Yazeviçiuslə (Litva) üz-üzə gəlib. 1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə başa çatıb. O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq. 

 

Qeyd edək ki, dünya çempionatının beşinci günündə iki boksçumuz rinqə çıxacaq. Tayfur Əliyev (60 kq) Simone Spada (İtaliya) ilə, Sərxan Əliyev (71 kq) Stefen Nevnslə (Şotlandiya) gücünü yoxlayacaq.

Tarix: 28 Oktyabr [17:41]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2021
30  Noyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio