"Patrik Andrade gördüyüm ən yaxşı futbolçulardandı"

14:16 - 24 Noyabr 2021

Liberiya millisində oynamağı qəbul edən və bu ay millidə debüt edən “Səbail”in legioneri Camal Araqo Sportal.az saytına açıqlama verib. Araqo Afrika zonasında mübarizə aparan komandasının çıxışını dəyərləndirib:

“Liberiya millisində debüt etdiyimə görə şadam, mənim üçün fəxrdi yığmada oynamaq. Millinin baş məşqçisi məndəki keyfiyyəti və məsuliyyəti görüb. Onun yeni kollektivi var, gənclərdi əsasən. Komandaya qoşulan kimi mənə birbaşa şans verməkdən məmnun idi".

Araqonun formasını geyindiyi Liberiya Dünya çempionatının seçmə mərhələsində Nigeriya, Mərkəzi Afrika Respublikası ilə birlikdə “Qarabağ”ın futbolçusu Patrik Andradenin də şərəfini qoruduğu Kape Verde ilə eyni qrupda yer alıb “Səbail”in futbolçusu Patrik haqda bunu deyib:

​“Patrik gördüyüm ən yaxşı futbolçulardandı. Bəli, biz onların millisi ilə eyni qrupda mübarizə aparırdıq. Ancaq təəssüf ki, milli səviyyəsində Kape-Verdeyə qarşı oynamaq imkanım olmadı. Çünki Liberiya Patrikin komandasına qarşı oynayanda, hələ, o zaman məni milliyə dəvət etməmişdilər. Yoxsa, mən dəvət olunar-olunmaz 2 oyunda da meydana çıxmışdım. Amma Patriklə Andrade ilə danışırdıq və ümid edirdik ki, bizdən 1 nəfərin komandası növbəti mərhələyə vəsiqə qazanacaq”.

Xəbər xətti