"Əsas olan eyforiyaya qapılmamaqdı"

14:57 - 24 Noyabr 2021

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının 5-ci turu çərçivəsində komandasının “Yuventus”a 4:0 hesabı ilə qalib gəldiyi oyunu dəyərləndirib.

Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis “qoca sinyora” ilə görüş haqda bunları deyib: “Çox güclü futbol nümayiş etdirdik və yaxşı nəticə əldə etdik. Səbirli olmalıydıq, bunu yaxşı anlayırdıq. Oyuna diqtə edən tərəf idik və topa intensiv sahib olmalıydıq.

​Ən kiçik detallarda belə, diqqətli olmaq lazım idi. Futbolçularım meydanda əla oynadı və mən onların meydandakı işinə görə təşəkkür edirəm. Müdafiə olunmağı gözəl bacaran komandanın qapısı qarşısında çox qol epizodu yaratdıq. Bu da əladı. Əla gecə idi. İndi əsas olan eyforiyaya qapılmamaqdı”.

Xəbər xətti