"Borussiya"nın hücumçusu Erlinq Holandın agenti Mino Rayola açıqlama verib.
Sportal.az xəbər verir ki, o, norveçli futbolçunun gələcəyi barədə danışıb:
"Holandın İspaniyada evi var və oranı çox sevir. Ancaq onun gələn mövsüm harada oynayacağını demək çətindir. Bu haqda danışmaq tezdir".
AS nəşrinin məlumatına əsasən, Rayola Holandın illik 35 milyon avro maaş almasını istəyir və transfer danışıqlarında bunun üzərində çalışacaq.
21 yaşlı futbolçunun müqaviləsindəki xüsusi şərtə əsasən, gələn mövsüm 75 milyon avro qarşılığında başqa kluba keçə bilər.
saytlarin hazirlanmasi