"Real" və İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas "Qızıl top"un Lionel Messiyə təqdim olunmasına münasibət bildirib.
Sportal.az xəbər verir ki, şəxsi tvitter hesabında paylaşım edən ispan bunları yazıb:
"Futbol mükafatlarına güvənmək getdikcə çətinləşir. Messi mənim üçün tarixin ən yaxşı 5 oyunçusundan biridi. Amma başa düşmək lazımdı ki, futbolçular bir mövsümün nəticələrinə görə qiymətləndirilir. Bu, o qədər də çətin deyil, niyə məsələni çətinləşdirirsiniz?".