Anatole Abanq: "Zirə"yə keçə bilərəm? İnşallah..."

Qışda “Keşlə”dən ayrılacağı gözlənilən Anatole Abanqın qışdan sonra hansı komandada oynayacağı dəqiq deyil.

Sportal.az xəbər verir ki, “Zirə” ilə adı hallanan (bu haqda ilk dəfə sportlife.az saytı xəbər yayıb) forvard bu komanda oynayıb-oynamayacağına hələ aydınlıq gətirməyib.

Kamerunlu hücumçu “Zirə”yə keçib-keçməyəcəyi barədə bunları deyib:

“Zirə"yə keçə bilərəm? İnşallah, təki olsun. Amma düzünü deyim, bu klubdan mənimlə heç kim danışmayıb. İnanın mənə necə olacağını bilmirəm, görək də. Zaman göstərəcək”.

Tarix: 1 Dekabr [12:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
27 Yanvar 2022
26  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio