"Neftçi"nin Mamadu Kanenin "Olimpiakos"a transferindən qazandığı məbləğ məlum olub.
Sportal.az xəbər verir ki, "ağ-qaralar" bu keçiddən 680 000 avro gəlir əldə edib. Bu barədə paytaxt təmsilçisinin prezidenti Kamran Quliyev "CBC Sport" kanalında qatıldığı proqramda məlumat verib. "Neftçi" 24 yaşlı yarımmüdafiəçinin növbəti transferindən də müəyyən qədər faiz əldə edəcək.
Qeyd edək ki, Mamadu Kane yayda "Olimpiakos"a transfer olub. Qvineyalı futbolçu cari mövsümün sonunadək icarə əsasında "Neftçi"də çıxış edəcək.
saytlarin hazirlanmasi