"Bavariya"nın futbolçusu Tomas Müller "Qızıl top" mükafatı ilə bağlı açıqlama verib.
Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi mükafatın komanda yoldaşı Robert Levandovskiyə verilməməsini ədalətsizlik hesab edir. Almaniyalı futbolçu alman futbolunun gücünü yenidən dünyaya göstərəcəklərini deyib:
"Qızıl top"da baş verənlər təəssüf doğurur. Eyni hal 2013-cü ildə Riberi ilə bağlı baş vermişdi. Bu, mənə Çempionlar Liqası kubokunu Münhenə qaytarmaq üçün daha da motivasiya verir. Alman futbolunun nəyə qadir olduğunu dünyaya yenidən göstərəcəyik. Bunun üçün çərşənbə günü "Barselona" ilə matçdan başlayacayıq".
saytlarin hazirlanmasi