Qvardiola Ferqyussonun rekordunu qırdı

13:13 - 2 Dekabr 2021

İngiltərə Premyer Liqasının 14-cü turunda "Aston Villa" ilə qarşılaşan "Mançester Siti" rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, "şəhərlilər"in bu qələbəsi Xose Qvardiola üçün Premyer Liqada 150-ci olub.

İspan məşqçi üçün 150 qələbə qazanmaq üçün 204 matç bəs edib. O, Aleks Ferqyussonun rekordunu vurub. Belə ki, şotlandiyalı mütəxəssis "Mançester Yunayted"də 247 matça 150 qələbə qazana bilmişdi. 

Xəbər xətti