“Yəqin ki, Canni de Byazi işini normal yerinə yetirir. Bəlkə ona daha 1 tsikl şans vermək lazımdı”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Aleksandr Çertoqanov deyib. Azərbaycan milli komandasının sabiq üzvü Canni De Byazinin baş məşqçi postunda qalmasına münasibət bildirib.
Onun fikrincə, baş məşqçi dəyişikliyi millimizə kömək olmayacaqdı:
“AFFA başqa məşqçi gətirsəydi də, nəticə yenə olmayacaqdı. Tez-tez baş məşqçi dəyişikliyi xeyir verməz. Əvvəllər yerli məşqçilər də baş məşqçi postunda yer alıb. Hər zaman baş məşqçi dəyişikliyi də doğru deyil".
“Canni De Byazi komandanı Millətlər Liqasından final mərhələsinə qazanmasına kömək olacaqmı? Xeyr. Hələ ki, digər millilərin səviyyəsi daha yüksəkdi” - deyə, Aleksandr Çertoqanov fikirlərini yekunlaşdırıb.