“Zirə”nin müdafiəçisi Dimitrios Çantakias Sportal.az saytına müsahibə verib.
O, komandasının Premyer Liqanın 13-cü turu çərçivəsində "Qəbələ" ilə oyununu dəyərləndirib.
- “Zirə” Premyer Liqanın 13-cü turu çərçivəsində “Qəbələ”yə uduzdu. Səncə, nəyə görə komanda uduzdu?
- Bu futboldu, istənilən nəticə olur. Biz məşqlərdə dayanmadan işləyirik ki, oyunlarda qalib gələk. Təbii ki, “Qəbələ” məğlubiyyətinə görə məyus olduq. Amma hələ ki, hazırda mövsümün yarısındayıq. Reaksiya vermək üçün vaxtımız var.
- İlk yarıda 2 qol buraxdınız. Bundan sonra geridönüş etmək çox çətin idi?
- “Qəbələ”nin qol vurmaq üçün 2 şansı var idi. Bizim üçün qol vurmaq üçün şansımız çox idi. Futboldur da, belə oldu. Əlbəttə, rəqibin qol vurması müdafiəçi kimi məni də məyus edir.
- “Sumqayıt” üzərindəki qələbədən sonra “Zirə”nin “Qəbələ”yə qalib gələcəyini düşünənlər çox idi. “Qəbələ” məğlubiyyəti özünüz üçün də gözlənilməz oldu?
- Çempionatda hər oyun tam fərqlidi. Çünki hər bir komandanın fərqli keyfiyyəti, xüsusiyyəti var. Hamımız bu oyunu gözləyirdik. Əslində, “Qəbələ”dən daha yaxşı oynadıq. Amma uduzduq.
- Növbəti turda “Zirə”nin rəqibi “Qarabağ” olacaq. Necə düşünürsən, “Qarabağ”ı səfərdə məğlub etmək mümkün olacaq?
- Əlbəttə ki, biz “Qarabağ”ı məğlub edə bilərik. Çünki bizim Rəşad Sadıqov kimi yaxşı baş məşqçimiz, güclü futbolçularımız, yaxşı kollektivimiz var. Buna görə də düşünürəm ki, biz liqada istənilən rəqibi məğlub edə bilərik. Oyuna yaxşı köklənməliyik.
- “Zirə” mövsümü ilk “üçlük”də başa vura biləcək?
- Baş məşqçi üçün öncə biz yaxşı futbol oynamalıyıq. Daha sonra turnir cədvəlini düşünməliyik. Əlbəttə ki, məqsədimiz ilk “üçlüy”ə düşməkdi.