“Neftçi” klubunun sabiq prezidenti Orxan Hüseynzadə yeni təyinat alıb.
Sportal.az xəbər verir ki, o, Ukraynanın “Zarya” (Luqansk) və Norveçin “Bude-Qlimt” komandaları arasında UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı tur oyununda UEFA nümayəndəsi olacaq.
Dekabrın 9-da Zaporojye şəhər stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
saytlarin hazirlanmasi