“Ötən ildən fərqli olaraq, bu mövsüm Azərbaycan klublarından təklif almamışam. Təklif gəlsə belə, “Eyüpspor”dan ayrılmaq fikrim yoxdu. Çünki burada özümü xoşbəxt hiss edirəm”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Timur Temeltaş deyib.
Azərbaycanın U-21 yığmasının sabiq üzvü hazırda Türkiyə 1-ci liqasında 4-cü pillədədi. Temeltaş Azərbaycan milli komandasında oynamaq istəyində olduğunu deyib.
29 yaşlı millinin qarşıdakı oyunlarında oynamağa hazır olduğunu söyləyib: “Azərbaycan millisindən dəvət gəlsə, qəbul edərəm. Milliyə kömək ola biləcək gücdə olduğumu da düşünürəm. Azərbaycan millisində oynamağa hazıram”.
Timur Temetalş bu mövsüm “Eyüpspor”da 12 oyun keçirib və 2 qol vurub.
"Bayer"(Leverkuzen) yetirməsi olan 1992-ci il təvəllüdlü futbolçu "Allemaniya"(Ahen), "Kayzerslauten" və "Bayer"(Leverkuzen) klublarının 2-ci komandasında çıxış edib. Bununla yanaşı o, "Ümraniyespor", "Altay" komandalarının da şərəfini qoruyub.