İsveçdəki azərbaycanlı: "Bilirəm ki, millinin formasını yenə geyinəcəm" - MÜSAHİBƏ

15:26 - 8 Dekabr 2021

Karyerasını İsveçin "Savadelans" klubunda davam etdirən Ayxan Cabbarov Sportal.az saytına müsahibə verib.

- İsveçdə futbol ili artıq başa çatır. İli özün üçün necə dəyərləndirirsən? Hər şey istədiyin kimi alındı?
- Bəli, çempionat burada bitdi. Komandamız öz liqasında 6-cı pilləni tuta bildi. Peşəkar səviyyədə ilk ilim idi. Mən tərəfdən hər şey çox yaxşı keçdi.

- "Savedalens"in oyunları barədə hansı fikirdəsən? "Göteborq"dan ayrılıb bu komandaya keçdiyinə görə peşman deyilsənki?
- Hər oyunçu yeni komandaya keçəndə ona komandaya alışması üçün zaman lazımdı. Özüm də gördüm, məşqçilər də gördü ki, oyun stillərini tez başa düşdüm. 5-6 dəfə oyunun ən yaxşısı seçilmişəm. Yeni komandamda hər şey yaxşı keçib. “Goteborq”dan bura gəldiyimə görə peşman deyiləm. Yaxşı seçim etmişəm.

- Maraqlıdı, "Göteborq"a dönmək ehtimalın var idi? 
Fasilə zamanı “Göteborq”a qarşı yoxlama oyunu keçirdik və matçı 2:1 qalib başa vurduq. Bir assist etmişdim. Oyundan sonra məşqçilər məni təbrik etdi. Ən yaxşılardan biri mən idim. 2 gün sonra “Göteborq” məşqçiləri mənimlə görüşdü. Danışdıq, amma şərtlər məni qane etmədi. Məhz buna görə də həmin məsələni bağladıq.


- Bu il İsveç mətbuatı da səni ölkənin ən istedadlı oyunçular sırasında göstərmişdi. Maraqlıdı, İsveçin iddialı və tanınmış klublarından heç təklif almısan? 
-Bu sezon 1-2 klubdan təklif almışdım. Sadəcə mən hazırda gimnaziyada oxuyuram və bitməsinə 6 ay qalıb. Gələn təkliflərdən birini qəbul etsəydim, gimnaziyanı bitirə bilməyəcəkdim. Ona görə də qəbul etmədim.
 

- Azərbaycana gəlmək şansı yaranıb heç? Bir ara yığma komandada oynayırdın. Stabil oynamaq imkanın olacaq?
Bəli, 1 klubun maraq dairəsindəyəm. Hələlik, danışıqlar gedir. Yaxınlarda dəqiq bir söz deyə bilmərəm. Keçmişə baxmıram, dəfələrlə milli forması geyinmişəm. Bilirəm ki, milli formasını yenə geyinəcəm. Buna tam əminəm. Əlimdən gələni edəcəm. 

Xəbər xətti