Konfrans Liqasında qrupu 2-ci pillədə başa vuran “Qarabağ”ın 1/16 final mərhələsindəki potensial rəqibləri bəlli olub.
Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin rəqibi Avropa Liqasında 3-cü pilləni tutan 8 komandadan biri olacaq: “Sparta”(Praqa, Çexiya), PSV(Niderland), “Lester”(İngiltərə), “Fənərbaxça”(Türkiyə), “Marsel”(Fransa), “Mityülland”(Danimarka), “Seltik”(Şotlandiya), “Rapid”(Vyana, Avstriya)
1/16 final mərhələsinin oyunları fevralın 17-24-ü aralığında keçiriləcək. “Qarabağ” ilk oyunu səfərdə oynayacaq.
saytlarin hazirlanmasi