Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, bu gün 2 qarşılaşma baş tutub.
Günün ilk oyunu "ASK Arena"da baş tutub. Burada meydan sahibi "Keşlə" I Divizionun lideri "Qaradağ Lökbatan"ı qəbul edib. 2:1 hesablı qələbə qazanan meydan sahibləri 1/4 final mərhələsinə yüksəlib.
Günün 2-ci görüşündə isə Premyer Liqa təmsilçisi "Sanah"la I Divizionda mübarizə aparan "Kəpəz" üz-üzə gəlib. "Bank Respublika Arena"da keçirilən oyun Murad Musayevin komandasının 3:0 hesablı qələbəsiylə başa çatıb.
11 dekabr (şənbə)
15:00. “Keşlə” – “Qaradağ Lökbatan” 2:1
Qol: Samir Abdullayev, 32, Rəhman Hacıyev, 58 - Elnur Səmədov, 7
Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev
ASK Arena
18:00. “Sabah” – “Kəpəz” 3:0
Qol: Coy Lens Mikels, 58, 61, Kamran Quliyev, 90+2
Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov
Bank Respublika Arena
10 dekabr
MOİK – “Qəbələ” - 1:2
“Zaqatala” – “Səbail” - 1:3
saytlarin hazirlanmasi