Almaniyada oynayan azərbaycanlı: "Azərbaycan yığmasına kömək etmək istəyirəm"

12:28 - 12 Dekabr 2021

Almaniyanin “Verl” klubunda oynayan Maksim Bayramov Sportal.az saytına açıqlama verib.

Moldovanın U-17 yığmasında kapitan sarğısı daşıdıqdan sonra U-19 yığmamıza cəlb edilmiş atası azərbaycanlı, anası moldovalı olan futbolçu Almaniyadakı karyerasından və yığmamıza cəlb olunmamasından söz açıb:

"Hələ ki, "Verl" U-21 komandasında oynayıram. Komanda 3-cü pillədə qərarlaşıb. Tez-tez əsas komandanın məşqlərinə bizi də cəlb edirlər ki, orada özümüzü göstərək. Məşq etməyə davam edirəm. Azərbaycan klublarından təklif almamışam. Mövsüm sonunda dərslərim də başa çatacaq, klubla müqaviləm də Ona görə mövsüm sonunda bütün variantları gözdən keçirəcəm".

Bayramov, Azərbaycanın U-21 yığmasına kömək ola biləcək gücdə olduğunu deyərək, yığmada oynamağa hazır olduğunu söyləyib: "Bu haqda sizə əvvəl demişdim. Əslində yığmaya dəvət etmişdilər. Sadəcə imtahanlarım var idi deyə, gələ bilmədim. Ondan sonra isə mənə Azərbaycanın U-19 yığmasından dəvət gəlmədi. Əlbəttə ki, öz ölkəmə, Azərbaycan yığmasına kömək etmək istəyirəm. Bayaq dediyim kimi, təhsilimin son ilidi. Dəvət gəlsə də, gərək imtahanlarla üst-üstə düşməsin. Ancaq belə, Azərbaycan yığmasında oynamağa hər zaman hazıram".

 
"Yenidən Moldova yığmasında oynamağı planlaşdırırsan, yoxsa atan Azərbaycan yığmasında oynamağını istəyir?" sualına isə futbolçu bu cür cavab verib: "Bu haqda düşünməmişəm. İndi yalnız klubumdakı işlərimə və dərslərimə fokuslanmışam".

Xəbər xətti