"Düşünmürəm ki, həmin futbolçulardan kimsə “Şaxtyor” və ya “Dinamo”ya keçsin"

14:37 - 13 Dekabr 2021

“Doğrudu, çempionat oyunlarında çox xal itirdik. Amma komanda əhval-ruhiyyədən düşməyib. Hər şeyi dəyişə bilərik. Hər oyunda qələbəyə oynamalıyıq. Çempionatın sonunda necə olacağını görəcəyik”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Sumqayıt”ın futbolçusu Dmitri Nağıyev deyib.

Vaxtilə “Dnepr”in heyətində Ukrayna Premyer Liqasında çıxış etmiş 26 yaşlı futbolçu hazırda bu ölkədə oynayan azərbaycanlılar barədə danışıb.

Nağıyev, “milli üzvləri Anatoli Nuriyev, Rüstəm Əhmədzadə, Eldar Quliyev, Emil Mustafayevin “Şaxtyor” və “Dinamo”da oynamaq şansı var?” sualına belə cavab verib:

“Şaxtyor” və “Dinamo” Ukraynanın ən səviyyəli klublarıdı. Bu klublara keçmək çox çətindi. Xüsusilə də legioner kimi. Ona görə də düşünmürəm ki, adını çəkdiklərinizdən kimsə “Şaxtyor” və ya “Dinamo”ya keçsin”.

Ukraynada dünyaya göz açan Nağıyev “Dnepr”dən savayı “Qarabağ Vyana”, “Kova da Piedadi”(Portuqaliya), “Ştumbars” (Litva), “Dinamo-Avto”(Moldova) klublarında çıxış edib.

Xəbər xətti