“Bəli, ilk oyunumuzu Azərbaycana qarşı keçirəcəyik. Həm bizdə, həm də sizin millidə braziliyalılar var. Azərbaycanın yaxşı komandası var. Sizin üçün bu, 6-cı Avropa çempionatı olacaq. Bizim üçün ilk olacaq. Çox ağır və həyəcanlı oyun olacaq. Şanslar bərabərdi”.
Bu sözləri Sportal.az saytına açıqlamasında futzal üzrə Gürcüstan millisinin qapıçısı və kapitanı olan Zviad Kupatade deyib.
Gürcüstan Avropa çempionatının final mərhələsində Bosniya və Herseqovina, İspaniya və Azərbaycanla eyni qrupda mübarizə aparacaq. Gürcülərin ən təcrübəli futzalçılarından olan Kupatadze fikirlərinə bu cür davam edib:
“Bütün qruplar çətindi. Çünki hazırda asan komanda yoxdu, bütün komandalar futzal oynamağı bacarır. Arzu edirəm ki, qrupdan Gürcüstanla Azərbaycan çıxsın. Baxmayaraq ki, İspaniya qrupun favoritidi. Azərbaycanla matçda hər şeyi xırda detallar həll edəcək. Azərbaycan millisinin güclü, təcrübəli oyunçuları var”.
Xatırladaq ki, futzal üzrə Avropa çempionatı yanvarın 19-dan fevralın 6-na kimi Niderlandda keçiriləcək. Oyunlar Amsterdam və Qroningen şəhərlərində baş tutacaq.