Milli komandamızın hücumçusu Rüfət Dadaşov şəxsi instaqram hesabında "Şalke"nin əsas heyətində debüt etməsilə bağlı paylaşım edib.
Sportal.az xəbər verir ki, Dadaşov Helzenkirhen klubunun əsas heyətindəki debütü haqda bunları yazıb:
"Son günlərdə yaşadıqlarım sadəcə inanılmazdı. 30 yaşında 2-ci Bundesliqada debüt etmək şansı qazanmaq, özü də “Şalke” kimi möhtəşəm klubda bunu etmək sadəcə inanılmazdı. Bunu mənim üçün mümkün edən hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Həmçinin U-23 heyətindəki komanda yoldaşlarıma da minnətdaram. Xəyallarınızı yaşayın, özünüzə inanın və onlar üçün mübarizə aparın!".
Millimizin üzvü 2-ci Bundesliqanın 16-cı turunda “Sankt-Pauli” və 17-ci turda “Nürnberq”lə görüşlərdə meydana çıxıb.