“LNZ Çerkasi”nın qapıçısı, Azərbaycan millisinin sabiq çərçivə qoruyucusu Andrey Popoviç Sportal.az saytına açıqlama verib.
O, hazırda formasını geyindiyi komanda haqda danışıb: “İşlərim yaxşı gedir. Əslində, yayda 2-ci liqaya gedib-getməməklə bağlı tərəddüd edirdim. Amma indi başa düşürəm ki, düzgün qərar vermişəm. Komandanın ambissiyaları yüksəkdi. Öncə birinci liqaya yüksəlmək istəyirik, daha sonra Premyer Liqaya”.
Popoviç, Azərbaycan milli komandasının hazırki durumu haqda fikirlərini bildirib. Bununla yanaşı “Minay”da birlikdə oynadığı Rüstəm Əhmədzadənin “Qarabağ”a keçidini şərh edib: “Azərbaycan milli komandasının nəticələrilə maraqlanıram. Nəticələr yaxşı deyil. Orada nəyin necə olduğu barədə məlumat yoxdu deyə, bir söz deyə bilməyəcəm. Azərbaycan millisində indi Rəşad Sadıqov, Mahir Şükürov, Aleksandr Çertoqanov, Vaqif Cavadov və Kamran Ağayev kimi liderlər yoxdu.
Rüstəmin “Qarabağ”a keçəcəyini oxumuşam. Son vaxtlarda o, çox artırmışdı. Düşünürəm ki, Qurban Qurbanovun rəhbərliyi altında Rüstəm daha da artıracaq”.