Yığmamızın üzvü qonşu ölkədə çempionluq yaşadı: "Çempionluğa layiq idik"

13:49 - 16 Dekabr 2021

Yeni başa çatan Gürcüstan 1-ci liqasında “Sioni”nin heyətində çempion olan Orxan Əliyev Sportal.az saytına açıqlama verib. 21 yaşlılardan ibarət yığma komandamızın sabiq üzvü qonşu ölkədəki çıxışını dəyərləndirib:

“Ölkə xaricində oynadığıma görə şadam. Komandama çempionluq titulunda kömək etməyimə görə də sevinirəm. Yaxşı təcrübə oldu. Çətin mövsüm alındı. Qarşımıza yüksək məqsədlər qoyulmuşdu. Çempionluğa layiq idik”.

Əliyev, “Sioni”də qalıb-qalmayacağı ilə bağlı məsələyə isə belə cavab verib: “Bir neçə klubdan təklif almışam. Hazırda hansı klublardan təklif aldığımı demək istəməzdim. Sadəcə onu deyə bilərəm ki, ölkə xaricindəki klublarla danışıqlar gedir”.


 

Xəbər xətti