"Azərbaycan millisinin Millətlər Liqasında zəif qrupa düşmədiyi fikrindəyəm. Təbii ki, rəqiblərin hamısı ilə oynamaq mümkündü. Amma necə olacağını zaman göstərəcək".
Bu sözləri Sportal.az saytına açıqlamasında Branimir Subaşiç deyib.
O, Millətlər Liqasının C qrupunda Slovakiya, Belarus və Qazaxıstan - Moldova matçının cütü ilə eyni qrupda mübarizə aparacaq millimizin şanslarını dəyərləndirib. Subaşiçin fikrincə, millimiz bu qrupda uğurlu nəticə qazana bilər:
"Əlbəttə ki, qrupun favoriti Slovakiya millisidi. Çünki onların gücü hamıya məlumdu. Belarus, Qazaxıstan və ya Moldova da yaxşı komandalardı. İstənilən halda Azərbaycan millisi bu qrupda uğurlu nəticəyə ümid edə bilər. Ümidvaram ki, Azərbaycan millisi bu qrupda qalib olacaq və istədiyi nəticəyə imza atacaq. Azərbaycan millisinə uğurlar arzu edirəm".