Qışda “Səbail”in əksər legionerlərinin komandadan ayrılacağı ilə bağlı xəbərlər dolaşır.
Sportal.az saytına açıqlama verən paytaxt klubunun aparıcı legioneri Nikolas Raysel komandada qalıb-qalmayacağı ilə bağlı danışıb:
“Siz dediyiniz məsələ bağlı nə deyəcəyimi bilmirəm. Çünki heç nə bilmirəm, klubdan heç kimlə danışmamışam. Şübhəsiz ki, oyunumuz yaxşı deyil. Qarşıdakı həftələr necə olacağına baxacağıq. Mən kiçik məsafələrdə fərq yarada bilən oyunçuyam.
Mən hücum edən komandanı, topu itirəndə daim pressinq edən oyun tərzini sevirəm. Bu, mənim oyun stilimdi. Gələn il komandada olacam ya yox, bunu bilmirəm. Çünki klubdan heç kimlə danışmamışam. Ola bilsin ki, komandanı daha güclü etmək üçün hansısa layihə var”.