Ayxan Abbasovun gedişindən sonra “Sumqayıt” rəhbərliyinin baş məşqçi postuna hansı mütəxəssisi dəvət edəcəyi maraqla gözlənilir.
Sportal.az xəbər verir ki, Şahin Diniyev başda olmaqla bir neçə yerli mütəxəssisin “kimyaçılar”ı çalışdıracağı ilə bağlı mətbuatda iddialar var.
“Gənclik şəhəri” təmsilçisinin mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov saytımıza açıqlamasında baş məşqçi məsələsinin nə yerdə olduğunu bildirib:
“Baş məşqçi məsələsi ilə bağlı hazırda klub rəhbərliyi məşğuldu. Vaxtımız olduğu üçün bu məsələdə tələsmək istəmirik. Ümid edirik ki, ilin son gününə qədər məsələ öz həllini tapacaq. "Sumqayıt"ın qış planı isə yeni baş məşqçinin təyinatından sonra müəyyənləşəcək”.