İntizam Komitəsi Premyer Liqada ilin son cəzalarını açıqladı

14:44 - 21 Dekabr 2021

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasında ilin son tuunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
 

Premyer Liqanın XIV turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun futbolçusu Ruan Renato ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

 

“Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

 

XIV turun “Sumqayıt” – “Keşlə” oyununun 80-ci dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 1600 manat cərimə olunur (maddə 51.1);

 

XIV turun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

Xəbər xətti