Zaur Əzizov: "Neftçi"də uğur qazanmaq klubun keçmiş azarkeşi kimi böyük arzumdu"

15:18 - 21 Dekabr 2021

"Neftçi" yeni idman direktoru Zaur Əzizovu ictimaiyyəti təqdim edib.

 

Sportal.az xəbər verir ki, təqdimat "Bakcell Arena"da baş tutub. Zaur Əzizov tədbir zamanı jurnalistlərin suallarını cavablandırıb:

 

- Qısa müddət öncə bu məqsədlə sizinlə görüşəcəyimizi düşünmürdüm. Klub prezidentindən təklif gəldi, bir neçə müzakirədən sonra qərar verdim. "Neftçi"yə keçidimə görə şadam, ümid edirəm ki, hər birimiz üçün, klub üçün uğurlu, xeyirli olar. İstər klub rəhbərliyindən, istər azarkeşlərdən deyilən sözlər məni çox daha məsuliyyətli olmağa məcbur edir. Ümid edirəm ki, bu klubda etimadları doğruldacam. "Neftçi"də uğur qazanmaq klubun keçmiş azarkeşi kimi böyük arzumdu.

 

- Kamran Quliyevin təyinatından sonra ilk rəsmi şəxssiniz ki, bu cür təqdimat keçirilir. Bu, məsuliyyətli olmaq yönündə pressinqdi, yoxsa populyarlıqdandı?

- Azərbaycanda futbol ailəsi çox böyük camiə deyil. Bəlli çevrə var. Onların içində jurnalsitlər, hamımız bir-birimizi tanıyırıq. Konkret səbəb deyə bilməyəcəm. Yəqin ki, jurnalsitlərin, keçmiş həmkarlarımın bu yöndə istəkləri oldu. Biz də fikirləşdik ki, ən doğrusu bu olar. Amma bunun özü də məsuliyyəti daha da artırır.

 

- "Qəbələ"də tələb buradakı kimi deyil. "Neftçi"də media və azarkeşlərin də tələbi var. Bu, işinizə mane olmayacaq?

- Düşünmürəm. Görəcəyimiz işlər eynidi. Klubun qarşısındakı məqsədləri bilirik. "Qəbələ" və "Nefçti"də görəcəyimiz işlər bir-birindən fərqlənməyəcək. Təbii ki, "Neftçi"yə diqqət daha fərqlidi. Amma bu barədə narahatçılığım yoxdu. Ən önəmli məsələ işimizi düzgün qurmaq və inkişaf etdirməkdi.

 

- Hazırkı "Neftçi"də nə çatışmır?

- Hər bir klubda nəsə çatışmır. Bir çox məqam ola bilər. Hazırda "Neftçi" ilə tanış olmadığıma görə dolğun cavab verə bilmərəm. Təbii ki, klub rəhbərliyi, akdemiya rəhbərliyi ilə müzakiələr etdikdən sonra inkişafdan danışarıq. Bəlli resurslar müqabilində kifayət qədər ciddi işlər görülüb.

 

- Planlarınız nədən ibarətdi?

- Stabil komanda yaratmağın yolu birdi: Uğurlu məşqçilər korpusu, futbolçu heyəti formalaşdırmaq. Eyni zamanda akademiyada da layihələr, strategiyalar olmalıdır. Mən gələndən sonra komanda dərhal fərqli  mərhələyə qədəm qoymayacaq. Onsuz da komanda yüksək mərhələdədi. Necə irəli gedə bilərik, ona baxacağıq. 

 

- Tapşırıqlar genişdi. Bunun üçün sizə böyük bir komanda lazım olacaq...

- Akademiya, əvəzedici, əsas komanda hamısı birdi. İlkin dönəmdə işlə tanış olacağıq. Əsas komanda üzdə olan hissədi, ancaq akademiya ilə bağlı kifayət qədər məlumatım yoxdu. Müəyyən qərarlar vermək üçün vaxt lazımdı. Bəlli dönəmdən sonra menecment hissəsi ilə bağlı müzakirələrimiz olacaq.

 

- “Qəbələ”dən ayrılmağınız necə oldu? Ordan sizə deyilibmi ki, mövsümün bitməsini gözləyəsiz?

- Çox çətin qərardı. Həm “Qəbələ”dən ayrılmaq çətin idi, həm də “Neftçi”nin təklifini geri çevirmək. İlk təmas olduqdan sonra Fariz Nəcəfovla danışdım, belə bir məsələnin olduğunu bildirdim. Əlbəttə, klubda qalmağımı istədiyini bildirdi. Ancaq tam olaraq özümün qərar verəcəyimi və dəstək olacağını söylədi. Qışda ayrılmağın daha məqsədəuyğun olduğunu düşündüm. “Qəbələ”də işlər yaxşı, gözlənilənin üzərində gedir. Qışda ciddi dəyişiklik olacağını gözləmirəm. Yayda isə daha ciddi çətinlik yaşanardı. Bəlkə də, həmin vaxt belə qərar verməzdim. Yayda Azərbaycan klublarında ciddi dəyişikliklər olur. Avrokuboklar öncəsi klubdan getməyi daha yanlış, riskli adlandırardım. İndiki dönəmdə orda heyət formalaşıb, yaxşı işlər görülür. Prosesin belə davam edəcəyini düşünürəm. Artıq yerimə təyin olunan şəxs yaya qədər rahatlıqla adaptasiya dövrü keçəcək, onu nələrin gözlədiyini biləcək, buna hazır olacaq. Məncə, tam vaxtıdı.

 

- Qışda “Neftçi”də hansı dəyişikliklər olacaq?

- Ciddi dəyişikliklər gözlənilmir. Qışda çox zaman belə olmur. Gəlib-gedəcək futbolçular müzakirə olunur. Ən vacib məsələ klubun yay üçün hazır vəziyyətə gəlməsidi. Mümkün olan dəyişiklikləri qışda, digərlərini yayda edəcəyik. Futbolçu heyəti ilə bağlı çatışmazlıqlar bəllidi. Bu istiqamətdə iş gedir.

 

- Samir Abasovla ilk dəfə çalışacaqsız. İlkin söhbətinizdə təəssüratlar yarandı? Nəzərə alaq ki, o, idman direktoruna ehtiyac olmadığını söyləmişdi...

- İlkin fikirlərim müsbətdi. Baş məşqçi həmişə fikir bildirə bilər. Önəmli olan klubun strukturudu. Eyni fikirdə qala da bilər. Əminəm ki, uğurlu şəkildə çalışacağıq. Qısa görüşümüz olub. Bu, tam fikir bildirmək üçün kifayət etmir. Kənardan gördüyüm qədər məşqçiyə lazım olan xüsusiyyətlərə sahib insandı. Üzərində işləyən, inşkişaf etmək istəyən və çempion mütəxəssisdi. Kifayət qədər mütəxəssislə işləmişən, öz tərəfimdən hansı dəstək ola bilərəmsə, 24 saat hazır olacam.

 

- Kamran Quliyevlə müzakirələrinizdə “Qarabağ” adı nə qədər çəkilib?

- Hansısa klubu müzakirə etməmişik. Konkret detaldan söhbət gedə bilər. Önümüzdə “Neftçi” kimi klubda həyata keçirmək istəyirmiz layihələr var. Önəmli olan budu.

Xəbər xətti