Ayxan Abbasovla yollarını ayıran “Sumqayıt” baş məşqçi postuna axtarışını davam etdirir.
Sportal.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisinin rəhbərliyinin bu posta bir neçə namizədi var. Məlumata görə, “Sumqayıt”ı çalışdıra biləcək məşqçilər arasında Ramin Quliyev də var.
“Sabah”ın sabiq çalışdırıcısı da komandanın yeni baş məşqçisi təyin edilə bilər. “Sumqayıt”ın bu ilin sonuna kimi yeni baş məşqçisinin adını açıqlayacağı gözlənilir.