Millimizin üzvü "Keşlə"də qalmayacaq: Türkiyəyə yollana bilər

21:32 - 21 Dekabr 2021

Azərbaycan millisinin üzvü Rəhman Hacıyev qışdan sonra "Keşlə"də qalmayacaq. 

Sportal.az saytının məlumatına görə, müqavilə ilə "Neftçi"yə məxsus olan yarımmüdafiəçinin xidmətində Türkiyədə maraqlı olan klublar var.

1-ci liqada yarışan bir neçə klub Hacıyevi heyətinə qatmaq niyyətindədi. Onlar arasında "Boluspor"  da var. Futbolçunun qışdan sonra "Neftçi"də oynamaq ehtimalı da az deyil. Hacıyev əvvəllər "Altay" və "Qaziantep BB" klublarında oynamışdı.

Xəbər xətti