Azərbaycanda oynamış slovakiyalı: "Slovakiya millisinin üzvlərinin daha böyük təcrübəsi var, yaxşı liqalarda çıxış edir"

15:53 - 22 Dekabr 2021

Slovakiya millisinin sabiq üzvü, Azərbaycanda çıxış etmiş Pavol Farkaş Sportal.az saytına açıqlama verib.

Hazırda "Petrjalka"da çıxış edən 36 yaşlı futbolçu Slovakiya millisinin Millətlər Liqasının C qrupunda Azərbaycanla eyni qrupda mübarizə aparmasından danışıb. 

2014-cü ildə İtaliyanın "Kyevo" klubundan "Qəbələ"yə keçmiş futbolçusu Azərbaycan millisinin zəif olmadığını deyib:

"Slovakiya millisi son vaxtlarda çox yaxşı çıxış edirdi. Buna görə deyə bilərəm ki, Slovakiya bu qrupda qalib olacaq. Çünki güclü yığmamız var. Azərbaycan millisinə gəldikdə, əlbəttə, sizin də yaxşı yığma komandanız var.

Azərbaycan güclü komandalara qarşı yaxşı oynaya bilir. Azərbaycan millisinin futbolçularına böyük hörmətlə yanaşaraq deyə bilərəm ki, Slovakiya millisinin üzvlərinin böyük təcrübəsi var, güclü komandalarda, yaxşı liqalarda oynayırlar. İstənilən halda Azərbaycanla Slovakiya matçları da maraqlı alınacaq".

Xəbər xətti