U-21 yığmamızın qolkiperi: "Qəbələ"də oynamağım qapıçı kimi yetişməyimdə böyük rol oynayacaq"

12:08 - 23 Dekabr 2021

"14 tur ərzində cəmi 2 dəfə uduzmuşduq. Digər oyunlarda bərabərə qalmışıq və qalib gəlmişik. Məncə, qışa qədərki nəticələrimiz yaxşıdı. "Qəbələ"yə yayda gəlmişəm. Gözlənti deyəndə, uğurlu çıxış etmək istəyimiz var idi. Olub-olmayacağını dəqiq deyə bilməzdim. Amma inid biz 2-ci yerdəyik. Hazırda qış fasiləsindəyik. Qışdan sonra necə olacaq, indidən deyə bilmərəm. Toplanış keçib, uğurlu seriyanı davam etdirməyə çalışacağıq". 

Bu sözləri Sportal.az saytına açıqlamasında Nicat Mehbalıyev deyib.

"Qəbələ"də icarə əsasında oynayan, müqavilə ilə "Sabah"a məxsus olan qolkiper Masazır klubuna mümkün dönüşü barədə də fikirlərini bildirib. Bölgə klubuna 1 illik icarəyə yollanan Mehbalıyev bu cür danışıb: "Müqavilə ilə “Sabah”a məxsusam. Amma mövsüm sonuna kimi “Qəbələdə icarədəyəm. Mayın 31-nə kimi “Qəbələ”də olacam. Hər tur “Qəbələ”nin heyətində meydana çıxıb oynamaq təcrübədi. “Sabah”da əsas qapıçı olacam ya, yox bunu meydandakı işim bəlli edəcək. Qabaqcadan deyə bilmərəm. Amma “Qəbələ” komandasında oynamağım özümün qapıçı kimi yetişməyimdə böyük rol oynayacaq".

U-21 yığmamızın əsas qapıçı Azərbaycanın əsas millisinə cəlb edilmək şanslarından da danışıb: "Əsas milli komandaya dəvət almaq istəyirəm. Hamı A millidə əsas qapıçı olmağı istəyər. Bunun üçün hər oyun stabil oynayıb, öz üzərimdə işləyib, millinin baş məşqçisinin inamını qazanmalıyam. Gələcəkdə A millidən dəvət gələr, gedərik, şans verərlər oynayarıq. Verməzlər, yenə də milli üçün həyəcanlanıb, dua edərik. Hazırda A millinin əsas qapıçısı Şahruddin Məhəmmədəliyevdi. Onun millidəki, avrokuboklardakı oyunları hamıya bəllidi. Azərbaycan millisində Şahruddin kimi qapıçının ehtiyatında oturmaq belə özü təcrübədi. İrəlidəki illərdə şans olar, mən də oynayaram".

Xəbər xətti