“Minay”ın azərbaycanlı futbolçusu Eldar Quliyev Sportal.az saytına müsahibə verib. Ukraynanın U-21 yığmasına dəvət almış Quliyev Rüstəm Əhmədzadənin "Qarabağ"a keçidi və Azərbaycan millisində mümkün çıxışı barədə danışıb:
- “Minay”ı hazırda turnir cədvəlində son pilləsindən 1 pillə ayırır. Səncə, nəyə görə belə uğursuz çıxış etmisiz?
- Hazırda tətildəyik, oyunlar yoxdu. Məncə, bir çox oyunda layiq olduğumuz xalları toplaya bilmədik. Bir neçə oyunda sadəcə hakimlər bizi “öldürdü”. Sonda ortaya belə nəticə çıxdı.
- Rüstəm Əhmədzadənin “Qarabağ”a keçidi haqda nə düşünürsən? Sənin üçün gözlənilməz idi, yoxsa bu haqda məlumatlısan?
- Rüstəmin adına şad oldum. Onun “Qarabağ”a keçidi barədə əvvəlcədən də bilirdim. Ona görə də “Qarabağ”a gedişi mənim üçün gözlənilməz olmadı. Rüstəmə uğurlar arzu edirəm.
- Maraqlıdı, Rüstəm səni də “Qarabağ”da, ya Azərbaycanda gözlədiyini dedi?
- Xeyr, o, mənə bu cür söz deməyib. Amma bu haqda bilirəm. Çünki siz mənə bunu şəxsən demisiniz(gülür)
- “Minay”da Rüstəmin “Qarabağ”a transferi barədə hansı fikirdədilər?
- Hamı Rüstəmin “Qarabağ”a keçidindən məmmundu və hamı ona uğurlar arzulayır. Məncə, Rüstəmin “Qarabağ”a keçidi digər futbolçular üçün də əsl motivasiyadı.
- Maraqlıdı, sənin özünə Azərbaycan klublarından təklif var? Azərbaycanda oynamağa hazırsan?
- Hələ ki, bu haqda heç nə eşitməmişəm. Bir şey də bilmirəm. Əslində, bu haqda düşünməmişəm.
- 2022-ci ildən sonra səni Azərbaycan millisində görəcəyik? Belə şans və variant var?
- Bəli, Azərbaycan millisində oynamaq variantım var. Görək də gələcək nəyi göstərəcək.