“Nasyonal”ın qapıçısı Vaqner da Silva Sportal.az saytına açıqlama verib.
“Qarabağ”ın sabiq qolkiperi yenidən ölkəmizə qayıtmaq haqda düşündüyünü bildirib. 35 yaşlı qapıçı bunları deyib:
“Qarabağ” və Azərbaycan futbolunu həmişə izləyirəm. Doğrudu, Azərbaycana qayıtmaq istəyirəm. Amma düzünü deyim, Azərbaycan klublarından təklif almamışam. “Qarabağ”dan ayrıldıqdan sonra Azərbaycandan təklif gəlməmişdi. “Nasyonal”la müqaviləm iyuna qədər uzadılacaq.
Təbii ki, Azərbaycan klublarından təklif olarsa, onu diqqətli şəkildə analiz edəcəm. Çünki mən və ailəm Azərbaycanı çox sevirik”.