"Neftçi" "Arsenal"ın futbolçusu Ayaz Quliyevi transfer etmək istəyib.
Sportal.az saytının məlumatına görə, "ağ-qaralar" 25 yaşlı yarımmüdafiəçi ilə güclənmək istəsə də, böyük ehtimalla transfer baş tutmayacaq.
Əslində, paytaxt təmsilçisi “Spartak”ın sabiq futbolçusuna normal məvacib təklif edib.
Sadəcə olaraq, Quliyev Rusiyadan ayrılmaq istəmədiyinə görə təkliflə razılaşmayıb.
O, hətta “Neftçi” ilə yanaşı Macarıstan klubundan gələn təklifi də geri çevirib. Bakı klubu onu heyətinə qatmaq üçün yenidən danışıq aparacaq.
"Spartak" yetirməsi olan futbolçu "Anji", "Rostov" klublarında çıxış edib. O, 2021-ci ildən Tula klubunda oynayır.
saytlarin hazirlanmasi