Azərbaycan milli komandasının hücumçusu Mahir Emreliyə "Lester" və "Şalke"dən təklif olması barədə xəbər vermişdik.
Sportal.az saytına daxil olan məlumata görə, Helzenkirhen təmsilçisi artıq futbolçu və klubu ilə danışıqlara keçib.
Almaniya 2-ci Bundesliqası təmsilçisinin rəhbərliyi qışdan sonra Emrelinin onlara kömək etməsini istəyir. Bunun üçün klub onu keçidə görə razı salmağa çalışır.
“Visla”(Plotsk) – “Legiya” görüşündən sonra azarkeşlərlə mübahisəsindən sonra Varşava klubunu tərk edəcəyinə konkret qərar verən Emrelinin özünün də Almaniyaya yollanmaq istədiyi bildirilir.
"Şalke" hazırda 30 xalla 4-cü pillədəd qərarlaşıb.
“Fehervar” və “Ferentsvaroş”un da transfer siyahısında yer alan Mahirin qışdan sonra karyerasına harada davam etdirəcəyi yanvarda bəlli olacaq.