“Traktor”dan ayrıldıqdan sonra klubsuz qalan Peyman Keşavarz Sportal.az saytına açıqlama verib.
İranlı futbolçu yenidən Azərbaycanda oynamaq istəməsilə bağlı danışıb. Ona Azərbaycan klublarından təklif olduğunu etiraf edib:
“Traktor”dan ayrılmışam, indi klubsuzam. Amma fərdi məşqlərimi edib, gözləyirəm. Azərbaycana qayıtmaq? Bəli, danışıqlar indi də gedir. Doğrudu, konkret təklif yoxdu. Sadəcə danışıqlar davam edir. Əgər razılıq əldə olunsa, Azərbaycana geri qayıdacam”.