"Səbail"in hücumçusu Rauf Əliyev Sportal.az saytına müsahibə verib. O, komandasının çıxışı və ölkə çempionatındakı digər klubların mübarizəsindən söhbət açıb:
- “Səbail” liqanın ilk yarısını sonuncu pillədə başa vurdu. Komandanın uğursuz çıxışına nə səbəb oldu?
- Son pillədəyiksə, bu, uğursuz çıxış deməkdi. Yaxşı oyunlarımız az olmadı. Sadəcə xal qazanmaqda çətinlik çəkdik. Hazırda komanda 8-ci pillədədirsə, demək ki, ilk yarıdakı çıxışımız uğursuz olub.
- Komandanın bu mövsüm ən yaxşı və ən uğursuz oyunu hansı idi?
- Hamıda razılaşar ki, ən yaxşı oyunumuz “Qarabağ”a qarşı idi. Onları evdə məğlub etmişdik. Daha sonra səfərdə “Keşlə” ilə oyunu qeyd edərdim. 0:2 hesabı ilə məğlub durumda olsaq da, 2:2 edə bildik. Bunu da uğurlu matç hesab etmək olar. Uğursuz oyunlarımız çox oldu.
- Ölkə çempionatının bu mövsümki səviyyəsini, mübarizəsini necə dəyərləndirirsən? Ötən mövsümki çempionatdan daha maraqlıdı?
- Son illərdə çempionatın səviyyəsi stabildi. Lap əvvəlki illərə baxanda, əlbəttə ki, zəifdi. Son 2 mövsüm artıq stabil olaraq gedir. “Neftçi” və “Qarabağ”çempionluq uğrunda mübarizə aparır. “Zirə” və digər komandalar da iddialıdı. Eyni səviyyədə davam edir.
- “Səbail”in qışdan sonra nəyə gücü çatacaq? Son pillədən qurtula biləcəksiz?
- Əlbəttə ki, kim istəyər son pillədə olsun? Qışdan sonra çalışacağıq ki, komanda üst pillələrə yüksəlsin. Əsas məqsədimiz budu.
- Sabiq komandaların “Qarabağ” və “Nefçti” haqda hansı fikirdəsən? “Neftçi” ötən mövsümün çempionudu, bu mövsüm 3-cü pillədədi. Səncə, “Qarabağ” yenə çempion olacaq?
- İnanmıram ki, “Qarabağ” bu mövsüm liderliyi əldən versin. Həm heyət olaraq, həm gedişat olaraq görünür ki, “Qarabağ” bu mövsüm böyük xal fərqilə çempion olacaq. Yəni görünən budur ki, “Qarabağ” çempionluq şansını əldən verməyəcək.
- "Qarabağ"ın avrokuboklardakı çıxışını necə dəyərləndirirsən? Səncə, komanda "Marsel"i keçə biləcək?
- Şans həmişə var. “Qarabağ” artıq sözünü deyən komandadı. “Marsel” də hamının bildiyi güclü kubdu. Heyətində çox yaxşı futbolçular var. Cengiz Ünder, Dimitri Payet kimi oyunçular çıxış edir. Heyət olaraq güclüdülər. Amma istəyərdik ki, “Qarabağ” “Marsel” səddini keçsin. Çətin oyunlar olacağı dəqiqdi. “Qarabağ”a uğurlar arzulayıram.