“Sumqayıt”ın təcrübəli futbolçusu Elvin Məmmədov Sportal.az saytına açıqlama verib.
“Gənclik şəhəri” təmsilçisinin yarımmüdafiəçisi komandasının qışa qədərki çıxışını dəyərləndirib:
“Ölkə çempionatına yaxşı başlamışdıq. Sadəcə ardıcıl məğlubiyyətlər komandaya pis təsir etdi. Nəticəmizin belə olmasında hamımız səhvi var, kiminsə üzrəinə atmaq olmaz. Futbolda belə hadisələr olur. Hər kəsin az da olsa, səhvi, günahı var”.
Mətbuatda yayılan xəbərlərə görə, komanda “Sumqayıt”a xarici mütəxəssis baş məşqçi təyin olunacaq.
Məmmədov, məsələ haqda bunu deyib: “Bunu klub rəhbərliyi düşünür. Biz futbolçuların işi kim gələcəksə, onun verdiyi tapşırıqlarını yerinə yetirməkdi”.
saytlarin hazirlanmasi