“Marsel” təbii ki, çox yaxşı komandadı. Fransanın 5 ən böyük klublarından biridi. “Qarabağ” üçün böyük təcrübə olacaq.
Qrupdan çıxdıqdan sonar, onsuzda hər rəqib güclü olacaqdı. İstəyir “Fənərbağça” olsun, istərsə də “Marsel”. Rəqib önəmli deyil, hər komanda yüksək səviyyədədi”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Muarem Muarem deyib.
Uzun illər “Qarabağ”da çıxış etmiş şimali makedoniyalı Ağdam təmsilçisinin avrokuboklardakı çıxışını dəyərləndirib. O, Konfrans Liqasının pley-off mərhələsində qarşılaşacağı “Marsel”lə görüşdəki şansları haqda danışıb: “Qarabağ”ın bu mərhələdə olması sürpriz deyil.
Çünki “Qarabağ” artıq onların arasındadı. Şanslar isə 50/50-di. Bundan əvvəl də “Qarabağ” “Monako” və “Sent-Etyen” kimi komandalarla oynayıb. “Qarabağ” o zaman da gücünü göstərmişdi”.