Yaranan fasilədən istifadə edən "Qarabağ"ın futbolçusu Marko Veşoviç İspaniyaya yollanıb.
Sportal.az xəbər verir ki, monteneqrolu futbolçu İspaniya Primerosunun 19-cu turunun "Atletiko" - "Rayo Valekano" (2:0) matçını tribunadan izləyib.
Veşoviç millidən komanda yoldaşı olduğu, "Atletiko"nun müdafiəçisi Stevan Saviçin dəvətilə oyunu izləyib. Matçdan sonra isə Monteneqro millisinin üzvləri stadionda görüşüb.
saytlarin hazirlanmasi