“Sumqayıt”ın yeni təyin edilmiş baş məşqçisi Aleksey Baqa bu gün ölkəmizə gələcək.
Sportal.az saytının məlumatına görə, belaruslu məşqçinin “Sumqayıt”dakı köməkçiləri bəlli olub.
Məlumata görə, 40 yaşlı məşqçi özü ilə 1 köməkçisini Azərbaycana gətirəcək.
Bu isə əvvəlki klublarında da Baqanın köməkçisi kimi çalışmış ukraynalı mütəxəssis Vitali Tarasenkodu.
Baqanın digər köməkçiləri isə yerli mütəxəssislər olacaq.