Adı "Neftçi" ilə hallanan "Qəbələ"nin futbolçusu: "Heç nə bilmirəm"

15:59 - 4 Yanvar 2022

“Qəbələ”nin futbolçusu İsnik Aliminin “Neftçi”yə keçəcəyilə bağlı xəbərlər yayılıb.

Sportal.az xəbər verir ki, “ağ-qaralar”ın transfer siyahısında şimali makedoniyalının adı da var. “Atalanta”nın sabiq futbolçusu özü isə “Neftçi”yə transfer olacaqsınız?” sualına “heç nə bilmirəm, nəsə deyə bilmərəm” deyərək, cavablandırıb. 

​27 yaşlı futbolçu “Ohrid” (Şimali Makedoniya”, “Noviqrad”(Xorvatiya), “Kyevo”, “Lumezzane”, “Atalanta”, “Makaretese”, “Fortli”, “Viçentsa”, “Rimini”, “İmolese”(hamısı İtaliya), “Şibenik”(Xorvatiya) klublarında oynayıb. Şimali Makedoniyanın U-19 yığmasında oynamış Alimi Albaniyanın U-21 yığmasının da formasını geyinmiş.

 

Xəbər xətti