"Keşlə"nin braziliyalı futbolçusu Felipe Santos Sportal.az saytına müsahibə verib:
- "Keşlə" Premyer Liqanın ilk yarısını 6-cı pillədə başa vurdu. Səncə, bu nəticəni uğurlu hesab etmək olar?
- Məncə, biz daha da yaxşı pillədə yer ala bilərdik. Bir neçə oyunda bərabərə qaldıq, uduzduq. Halbuki qalib gəlməyə layiq idik. Sadəcə ani diqqətsizlik olurdu. Çempionatın 2-ci yarısında hər şeyin daha yaxşı olacağına inanıram.
- Yayda "Maribor"dan "Keşlə"yə keçdin. Öz performansını necə dəyərləndirirsən? Səncə, daha yaxşı oynaya bilərsən, yoxsa maksimum budu?
- “Maribor”da olanda az-az oynayırdım. Azərbaycana gəldim və indi daha yüksək səviyyəyə çatmışam. Fikrimcə, daha yaxşı ola bilərəm. Bunun üçün də əlimdən gələni edəcəm.
- “Maribor” Sloveniyanın tanınmış klubudu. “Keşlə”yə transfer olduğuna görə peşman deyilsənki?
- Yox, heç bir peşmançılığım yoxdu. Çünki Azərbaycanda mənim işimə dəyər verilir. Əvvəlki klublardan fərqli olaraq, burada daha da qiymət verilir.
- Sloveniya çempionatı güclü idi, yoxsa Azərbaycan Premyer Liqası güclüdü? Sloveniyada “Olimpiya”(Lyublyana), “Maribor”, “Domjale” klubları iddialıdı, Azərbaycanda “Qarabağ” və “Neftçi”. Səncə, onlar güclüdü, yoxsa Azərbaycan klubları?
- Hər ölkənin özündə hörmət edilən klubları var. Hər 2 ölkənin inanılmaz klubları olur. Dediyiniz klubların da öz dəyərləri var. Qazandıqları uğurlar, əldə etdikləri nəticələri olub. Ona görə müqayisə etmək istəməzdim.
- Maraqlıdı, Azərbaycanın başqa klublarından təklif almısan? Qışda “Keşlə”dən ayrılacaqsan, yoxsa qalacaqsan?
- Hələ ki, hansısa klub tərəfindən maraq olduğunu eşitməmişəm. “Keşlə” ilə iyuna kimi müqaviləm var. Onu yerinə yetirmək fikrindəyəm. Bu komandaya kömək etmək fikrindəyəm.
- Səncə, “Keşlə” qışdan sonra daha uğurlu çıxış edə biləcək? Premyer Liqada minimum 3-cü pilləni tuta biləcəksiniz?
- Hər şey mümkündür, biz heyəti gücləndirməliyik və böyük nailiyyətlər əldə etmək üçün daha çox çalışmalıyıq. Mənim fikrim yuxarı pillələrə haqda düşünmək, həmin hədəflərə çatmaqdı. Necə alınacağını zaman göstərəcək.
saytlarin hazirlanmasi