"Sumqayıt"ın kapitanı Vurğun Hüseynov Sportal.az saytına müsahibə verib:
- Aleksey Baqa "Sumqayıt"a yeni baş məşqçisi təyin edildi. Xarici mütəxəssisin gələcəyini ehtimal edirdin?
- Ehtimal edirdim ki, yerli məşqçi təyin olunacaq. Ancaq rəhbərlik xarici mütəxəssis gətirdi. Biz də peşəkar futbolçular kimi öz işimizi görməliyik.
- Aleksey Baqa haqda məlumatın var idi? BATE-nin baş məşqçisi kimi çalışıb...
- Açığı, baş məşqçimiz təyin olunandan sonra portallar vasitəsilə məlumat aldım. Aleksey Baqanın çox yaxşı karyerası var. Allah qoysa, o, bizim üçün də düşərli olar.
- Necə düşünürsən, xarici mütəxəssis “Sumqayıt”da hansısa uğura imza ata bilər? Çünki əksər futbolçular yerlilərdən ibarətdi...
- Düzdü, əksər futbolçular yerlidi. Ancaq hər birimiz neçə ildir ki, futbolun içindəyik. Xarici mütəxəssisin olmasının bizim üçün heç bir mənfi cəhəti yoxdu. Əl-ələ verib, yaxşı nəticələr qazanmağa çalışacağıq.
- Hələ ki, Baqa ilə tanış olmamısınız. Yəqin ki, sabah görüşməlidi sizinlə...
- Baqa bizi sabah ilk məşqə çıxaracaq. Elə sabah tanış olacağıq məşqçimizlə.
- Necə düşünürsən, qışdan sonra Baqanın rəhbərliyi altında “Sumqayıt” uğur qazana biləcək? Yəni, ən azından çempionatın ilk yarısından daha uğurlu çıxış edə biləcək?- Allah qoysa, uğur qazanacağıq. Çalışacağıq ki, maksimum xallar yığaq və yuxarı pillələrə qalxaq. Baş məşqçimiz də təcrübəli biridi. Hər şeyin yaxşı olacağına inanıram.
saytlarin hazirlanmasi