Zaur Əzizovun idman direktoru postuna gətirilməsindən sonra “Neftçi”nin həm transfer siyasətində, həm də ümumən idarəçiliyində pozitivə doğru dəyişikliklərin olacağına inananlar çox idi. Hələ ki, “Neftçi” köhnə üsul, ənənəvi idarəçiliklə davam eləyir.
“Neftçi” Eddi israfilovu sıralarına qatıb. Onunla 2,5 illik müqavilə imzalanıb.
İlk baxışdan yerli futbolçu sarıdan korluq çəkən klub üçün pis transfer sayılmamalıdır. Böyük ehtimalla, Eddi “Neftçi” üçün faydalı oyunçu olacaq. Lakin milli dəyərlərimizə hörmət etməyən bir adamın ölkənin ən köklü klubuna transfer olunması nə qədər doğru addımdır?
44 günlük müharibə zamanı Eddi İsrafilovun anasının açıqlaması:
“Biz neytral ərazidə yaşayırıq və Eddi siyasətə qarışmaq istəmir. Bundan başqa, bizim burada dostlarımız və tanışlarımız arasında çoxlu erməni də var. Biz burada hamımız münaqişəyə qarışmadan yaşayırıq. Öz aramızda danışırıq. Siyasi məsələlərə və problemlərə toxunmayacağıq. Özlüyümüzdə hər birimiz ölkəmizi dəstəkləyirik. Amma bu məsələni heç vaxt müzakirə etmirik. Nəyə görə Eddi bu haqda danışmalı və özünə problem yaratmalıdır”.
Bu açıqlamlardan sonra Eddini transfer etmək torpaqlarımızın azadlığı uğrunda şəhid olan “Neftçi” azarkeşlərinin ruhuna hörmətsizlik deyilmi?
Müharibənin ən qaynar çağlarında neytral mövqe tutan, erməni dost-tanışları ilə münasibətlərini pozamamaq naminə susan birinin ölkənin ən köklü klubuna transferi sözün bitdiyi yerdir...
saytlarin hazirlanmasi