“Neftçi” “Arsenal”ın futbolçusuna nə qədər təklif edib?

12:38 - 6 Yanvar 2022

“Neftçi”nin “Arsenal”ın (Tula) futbolçusu Ayaz Quliyevin maraq dairəsində olması barədə xəbər vermişdik. 

Sportal.az saytının məlumatına görə, “ağ-qaralar” Eddi İsrafilov transferindən öncə məhz Quliyevi komandaya cəlb etmək istəyib.

Aldığımız məlumata görə, “Neftçi” Quliyevə illik 300 min dollar maaş təklif edib. Lakin Quliyev həmin təklifdən də imtina edərək, Rusiyadan kənara çıxmaq istəmədiyini bildirib.

Məhz bu transfer baş tutmadığına görə, paytaxt təmsilçisi Eddi İsrafilovu Bakıya dəvət edib və onunla müqavilə imzalayıb.

“Spartak” yetirməsi olan 25 yaşlı futbolçu “Anji”, “Rostov” klublarında çıxış edib və ötən il “Arsenal”a keçib. 

Xəbər xətti