“Ümid edirəm ki, Canni De Byazi ilə Azərbaycan millisində nəticələr yaxşı olacaq. Əlbəttə ki, bu proseslər asan deyil. Albaniya millisində də əvvəllər asan deyildi”.
Bu sözləri Sportal.az saytına açıqlamasında Ansi Aqolli deyib.
“Qarabağ”da uzun illər oynamış albaniyalı hazırda millimizin baş məşqçisi olan Canni de Byazi ilə Albaniya yığmasında işləyib. İtaliyalı mütəxəssisin zamanında millisinin kapitanı olan Aqolli Albaniyadakı işbirliyini xatırlayıb:
"Bizim Canni De Byazi ilə ilk 2 ilimiz asan başlamamışdı. Amma həmin ilk 2 ilin də yaxşı tərəfləri də var idi. Amma yenə də böyük yarışlara gedəcək qədər enerji və təcrübə yox idi. Lakin ikinci il doğurdan da yaxşı nəticələr qazandıq. Avropa çempionatına da yollandıq. Hər şey öz yolunda gedirdi.
İndi necə olacaq baxaq, görək. Doğrudu, ilk il çox da yaxşı deyildi, nəticələr zəif oldu. Ancaq hər yeni yaranan başlanğıc çətin alınır. Ümid edirəm ki, Canni De Byazi ilə Azərbaycan millisində də uğurlu nəticələr gələcək”.