“Legiya”ya qayıtmayacağı dəqiqləşən Mahir Emrelinin qışdan sonra karyerasına harada davam etdirəcəyi maraqla gözlənilir.
Sportal.az saytının məlumatına görə, millimizin hücumçusuna maraq göstərən klublar arasında “Dinamo”nun (Zaqreb) adı da var. Xorvatiya klubu Emreliyə ciddi maraq göstərir. 24 yaşlı forvarda “Fehervar”, “Ferentsvaroş”, “Lester”, “Şalke” klubları maraq göstərsə də, onu heyətinə qatmaqda ən israrlı tərəf “Dinamo”du.
Xatırladaq ki, bu mövsüm Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Legiya”nı məhz “Dinamo” turnirdən uzaqlaşdırmışdı(1:1, 1:0).
saytlarin hazirlanmasi