"Mən də ölkə xaricində oynamaq istəyirəm" - MÜSAHİBƏ

19:42 - 7 Yanvar 2022

“Qəbələ”nin hücumçusu Ülvi İsgəndərov Sportal.az saytına müsahibə verib. Vurduğu 5 qolla bombardirlər sırasında yer alan forvard ölkə xaricinə yollanmaq istəyindən də söz açıb:

​- "Qəbələ" çempionatın 2-ci yarısının hazırlıqlarına start verib. Necə gedir hazırlıq, fiziki sarıdan hər hansı problem yoxduki?
- Bəli, yanvarın 6-dan məşqlər başlayıb. Hələ ki, yerli futbolçular məşq edir, 2-3 günə legionerlər də qoşulacaq komandaya. Zamanımız var. Fiziki durumumuzu oyunlara kimi yaxşı çıxış etməyə çalışacağıq.

- Qışda səni bir neçə klub istəyirdi. Hətta Kipr başda olmaqla ölkə xaricindən də təklif olmuşdu. Getmək haqda düşündün, yoxsa nə qədər ciddi təklif olsa da, qalıb ən yaxşı halda yayda dəyərləndirəcəkdin təklifləri?
- Doğrudu, təkliflərim yenə də var. Ancaq indi komandanı tərk etmək barədə düşünmürəm. Mövsüm sonunda gələn təklifləri dəyərləndirəcəm.

- “Qəbələ” hazırda turnir cədvəlində 2-ci pillədədi. Necə düşünürsən, qışdan sonra da bu cür uğurlu davam edə biləcəksiz??
- Əlbəttə ki, qışdan sonra da uğurlu davam etməyimiz mümkündü. Mükafatçılar sırasında qalmağımız üçün əlimizdən gələni edəcəyik. 

- Yayda necə, təkliflərin olacağı təqdirdə, yayda ölkə xaricinə yollanmaq barədə düşünürsən? Yəni, məqsədlərin arasında ölkə xaricinə yollanmaq məsələsi varmı?
- Bəli, ölkə xaricindən təkliflərim var. Əlbəttə ki, mən də ölkə xaricində oynamaq istəyirəm. Ancaq dediyim kimi hazırda bütün fikrimi “Qəbələ”dəki oyunuma yönəltmişəm. Təklifləri mövsüm sonunda dəyərləndirəcəm.

- Bombardirlər sırasında da adın var. Qışdan sonra da davam edə biləcəksən qollarına? Özün üçün mövsümdə minimum neçə qol vurmağı məqsəd kimi qoymusan?
 - Allah qoysa, qollar vurmağa davam edəcəm. Mövsümboyu nə qədər çox qol vura bildim, komandama nə qədər qol vurdum, elə o qədər(gülür). İstənilən halda fərdi olaraq da üzərimdə çalışıram. 

Xəbər xətti